Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fevralın 5-i saat 15:00-a olan məlumata əsasən, ölkə ərazisində arabir
güclənən cənub-qərb küləyi müşahidə olunur.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Xidməti məlumat yayıb.
Bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eləcə
də Qobustanda 21 m/s, Göyçayda 18 m/s, Sabirabadda 17 m/s, Şəki, Yardımlıda 16
m/s-dək güclənib.
Neft daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2,4
metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 7, Aran
rayonlarında 14, dağlıq rayonlarda 4 dərəcəyədək isti olub.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı günün
ikinci yarısınadək davam edəcək.