Küləyə görə çempionat təxirə salındı

Küləyə görə çempionat təxirə salındı

Baxış sayı: 2. 709 dəfə baxılıb.

Ölkə ərazisində hava şəraitinin pisləşməsi Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) keçirəcəyi yarışa da təsirsiz ötüşməyib.

ÇıxışYolu.Com-a federasiyadan verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Təhsil Nazirliyinin hava şəraiti ilə bağlı xəbərdarlıq etməsi ilə əlaqədar olaraq AzVİF-in təqvim planı əsasında martın 30-31-də Qala qəsəbəsi və Velopark ərazisində keçirilməli olan Kriterium üzrə Bakı çempionatının I turu təxirə salınıb. 

Qeyd olunan yarış aprel ayının 6-7-də keçiriləcək.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com