b4f515cf-9ce0-40ee-a0a4-488964c59269..jpg

Külli miqdarda dərman preparatları aşkar edildi – FOTO/VİDEO

Baxış sayı: 495 dəfə baxılıb.

Külli miqdarda dərman preparatları aşkar edildi – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda dərman
preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı
alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Belə ki, idarənin əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı
əsasında Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda Türkiyə
Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük
nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı
nəqliyyat vasitəsinin qoşqusundan gömrük orqanına bəyan olunmamış 18 karton
qutudan 147 adda külli miqdarda dərman preparatı aşkar olunaraq götürülüb.


Source link