fdc918fc-dc22-4c74-8b94-d29e29a9e1ed..jpg

Külli miqdarda narkotiklə tutulan şəxsə hökm oxunub

Baxış sayı: 784 dəfə baxılıb.

Külli miqdarda narkotiklə tutulan şəxsə hökm oxunub

Külli miqdarda narkotikin qanunsuz dövriyyəsində təqsirləndirilən Bəybala
Ağayevə hökm oxunub və o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsin 11 il 6 ay müddətinə
azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, B.Ağayev ötən ilin aprel ayında Bakı şəhərində polis
əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Üzərinə baxış
keçirilərkən ondan 2,6 kiloqram narkotik maddə və güclü təsiredici həblər
aşkarlanıb.

B.Ağayev qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci (bir qrup şəxs tərəfindən satış
məqsədi ilə narkotik vasitəni əldə etmək, saxlama), 234.4.3-cü (satış məqsədi
ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama) və
206-cı(qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

O, daha əvvəl məhkumluq həyatı yaşayıb.

Source link