d9f1a68d-928f-49c3-a211-e19200432494..jpg

Kupman: “Avropa Komissiyası COP29 çərçivəsində Azərbaycana kömək etmək niyyətindədir”

Baxış sayı: 707 dəfə baxılıb.

Kupman: “Avropa Komissiyası COP29 çərçivəsində Azərbaycana kömək etmək
niyyətindədir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropa Komissiyası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana kömək
etmək niyyətindədir”.

Bunu “Report”a müsahibəsində Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə
Danışıqları üzrə baş direktoru Qert Yan Kupman deyib.

O qeyd edib ki, bu gün Azərbaycanın ekologiya və təbii sərvətlər naziri,
COP29-un prezidenti Muxtar Babayevlə görüşərək COP29-u müzakirə edəcək:

“Biz elə bu gün COP29-u da müzakirə edəcəyik, günortadan sonra COP sədri olan
nazirinizlə görüşəcəyik. Hazırda təfərrüatı açıqlaya bilmərəm, lakin mütləq
COP29 çərçivəsində Azərbaycana kömək təklif edəcəyik. Hesab edirik ki, COP
Azərbaycan üçün böyük nailiyyətdir, bu, bərpa olunan enerji, enerji
səmərəliliyi, iqlim dəyişikliyi ilə mübarizə sahəsində gördüyünüz işlərin
etirafıdır. Biz bunu açıq və çox güclü şəkildə dəstəkləmək istəyirik”.

Source link