Kür çayında 35 yaşlı şəxs boğulub.
Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, oktyabrın 5-də Kür çayının Şəmkir rayonu
ərazisindən keçən hissəsində Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka
Abdullayev batıb.
Şəxsin meyiti tapılaraq ailəsinə təhvil verilib.