Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ÇıxışYolu.Com-a verilən məlumata görə, bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub.
Bundan başqa, Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə edilib.
Bu gün Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 40, Şirvanda 12, Salyanda 10, Araz çayının Novruzlu məntəqəsində 31 sm artım qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində 4 sm azalma müşahidə olunub.