11150774-ea48-47a7-80a0-14c479ebe770..jpg

“Kurbanova Live”: “Azərbaycanın Zəfər paradı bütün dünyanı heyran etdi” – VİDEO

Baxış sayı: 440 dəfə baxılıb.

“Kurbanova Live”: “Azərbaycanın Zəfər paradı bütün dünyanı heyran etdi” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz elə bir yerdəyik ki, haqqında çox eşitmişik, az görmüşük, amma hər zaman
Ukrayna ilə paralellər aparmışıq. Çünki Azərbaycan da Ukrayna kimi qəlbində
çapıqla yaşayıb. Axı onun da torpaqları ələ keçirilmişdi, işğal olunmuşdu…
Bütün xalq bu ərazilərin qaytarılmasını arzulayırdı, ancaq uzun illər ona
qovuşa bilmədi. Bu, Qarabağın Azərbaycanın tərkibinə geri alınmasına qədər
davam elədi”.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə məşhur ukraynalı teleaparıcı, həmçinin
“YouTube”da “Kurbanova Live” layihəsinin müəllifi Alyona Kurbanovanın
Qarabağdan hazırladığı “Azərbaycanın Zəfər paradı bütün dünyanı heyran etdi”
adlı xüsusi reportajında bildirilir.

Süjetdə Azərbaycan Ordusunun inkişafından və düşmənə sarsıdıcı zərbə
vurmasından, ədalətin bərqərar olmasından, Şuşa haqqında, bu şəhərin qələbənin
simvoluna çevrilməsindən, həmçinin, işğaldan azad edilən torpaqlarda
bərpa-quruculuq işlərindən, insanların öz evlərinə qayıtmasından – bir sözlə,
Qarabağ və onun taleyindən danışılır.

Ətraflı reportajda:


Source link