Kürdə batan ata və qızın yaxınları danışdılar: “Uşaq əlindən çıxıb düşüb
suya…” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub.
Baku TV-yə danışan ata və qızın yaxınları hadisənin necə baş verdiyi ilə bağlı
fikirlərini bölüşüblər.
İtkin düşmüş kişinin atası Tahir Süleymanov bildirib ki, oğlunun su xoşuna
gəlib, evə gələrək deyib ki, gedək orada çay qaynadaraq içək:
“Axşam saat 17:25-də oğlum mənə zəng etdi ki, qızım batdı. Ora gedib çatan
zaman gördüm ki, insanlar hadisə yerinə gəliblər. Oğlum uşağı qucaqlayıb ki,
batmasın. 50 metr gəldikdən sonra ikisi də batıblar”.
İtkin düşən kişinin dostu Şahin Rəsulov vurğulayıb ki, hadisə yerində olan
motorxana su idarəsinə məxsus imiş:
“Atanı da idarədən göndəriblər ki, gəlib burada baxış keçirsin. O da motora
baxan zaman uşaq əlindən çıxıb düşüb suya”.
Xatırladaq ki, Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və
atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində
istirahət edirlərmiş. Bu zaman altı yaşlı qız suya yıxılıb. Atası qızı xilas
etmək üçün onun ardınca suya tullansa da, o da batıb.