Kürdəmir xəstəxanasında azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kürdəmir xəstəxanasında azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Kürdəmir rayonu sakini 2019-cu il təvəllüdlü H.N-nin (şərti) “Kürdəmir Rayon
Mərkəzi Xəstəxanası” PHŞ-də həkim müayinəsindən keçməsinə baxmayaraq,
müayinələr zamanı ağciyərlərin hemorragik pnevmoniyasının müəyyən edilməməsi və
onun həmin xəstəlik səbəbindən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda
Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət
işi başlanaraq ibtidai istintaq aparılır.