c9213f4d-e126-4659-a5b3-2938a4b9244e..jpg

Kürdəmirdə ər 14 illik arvadını niyə qətlə yetirib? – MARAQLI DETALLAR – YENİLƏNİB + FOTO

Baxış sayı: 907 dəfə baxılıb.

Kürdəmirdə ər 14 illik arvadını niyə qətlə yetirib? – MARAQLI DETALLAR –
YENİLƏNİB + FOTO

Kürdəmirdə ər 14 illik arvadını günün günorta çağı qətlə yetirib. O hadisəni
törətdikdən sonra könüllü olaraq polisə təslim olub.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.

Belə ki, Şıxımlı kənd sakini – 1987-ci il təvəllüdlü Qurbanov Pərviz Hikmət
oğlu aralarında yaranan ailə münaqişəsi zəminində həyat yoldaşı – 1994-cü il
təvəllüdlü Qurbanova Könül Vaqif qızına bir neçə bıçaq xəsarəti yetirib. Ağır
bədən xəsarətləri alan 3 uşaq anası Könül Qurbanova elə hadisə yerindəcə
dünyasını dəyişib.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Qeyd edək ki, cütlük 14 il öncə ailə qurub. Son 5 ildə isə onların arasında
mütəmadi olaraq mübahisələr olub.

Bu vaxt ərzində mərhum Könül Qurbanova müxtəlif vaxtlarda acıq edərək atasının
evinə gedib. Amma hər dəfə ər müxtəlif bəhanələr gətirərək, həyat yoldaşını evə
qaytarıb.

Sonuncu dəfə belə mübahisə bir neçə ay əvvəl yaşanıb. Belə ki, mərhum bu dəfə
atasına ərindən boşanmaq istədiyini bildirib. Bundan sonra yenə ailə arasında
barışıq olub və qadın yenə ər evinə qayıdıb. Ailədə hər dəfə mübahisələrin
yaranmasına səbəb isə Pərviz Qurbanovun içki aludəçisi olması olub. Hər dəfə
spirtli içki qəbul edən ər həyat yoldaşını səbəbsiz yerə döyürmüş. Onların son
mübahisəsi isə qanla bitib.

Səhər uşaqları məktəbə göndərən ər yenə həyat yoldaşı ilə mübahisə edərək, onu
döyüb və bıçaqla vurub qətlə yetirib. Mərhumun meyidi müayinə olunması üçün
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya
Birliyinin Kürdəmir rayon Şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, cütlüyün bu evlilikdən 2 qız, bir oğlan olmaqla 3 övladı var.
Hazırda faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.

13:52

Kürdəmir rayonunda qadın qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yanvarın 6-da
saat 13 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 1994-cü il təvəllüdlü
Könül Qurbanovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil
olub.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən onun həyat
yoldaşı, 1987-ci il təvəllüdlü Pərviz Qurbanov saxlanılaraq istintaqa təhvil
verilib.

Araşdırma aparılır.

Source link