a5645345-d8ad-486d-80ea-2b01088035ed..jpg

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Baxış sayı: 522 dəfə baxılıb.

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli
yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hadisə zamanı “Mercedes” markalı avtomobillə “VAZ 2107” markalı
nəqliyyat vasitəsi toqquşub. Zərbənin təsirindən “Mercedes” yoldan çıxaraq
aşıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardımın köməyi ilə Kürdəmir rayon Mərkəzi
Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma
aparılır.

Source link