a00d13d7-7711-4acb-b465-ce6d7f95a5da..jpg

Kürdəmirdə avtomobil anidən yanıb – FOTO

Baxış sayı: 348 dəfə baxılıb.

Kürdəmirdə avtomobil anidən yanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmir rayonunda vətəndaşa məxsus avtomobil anidən yanıb.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən
keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Binyamin Niyazi oğlu Əzizzadəyə məxsus “Mercedes-Benz” markalı
minik maşınının mühərrik hissəsində anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından
Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb
olunub.

Yanğın söndürülüb və digər əraziyə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Source link