4fac4f31-85b3-40d1-9a61-02db00cd9e72..jpg

Kürdəmirdə dələduzluqda şübhəli bilinən şəxs xəstəxanada öldü

Baxış sayı: 738 dəfə baxılıb.

Kürdəmirdə dələduzluqda şübhəli bilinən şəxs xəstəxanada öldü

Kürdəmir rayonunda dələduzluq əməlində şübhəli bilinən şəxs bu gün xəstəxanada
ölüb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Cixisyolu.com-a bildirilib ki, Cinayət
Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə şübhəli bilinən Oktay Əliyev bu
gün barəsində aparılan cinayət işi ilə əlaqədar rayon polis şöbəsinə dəvət
edilib.

Prosessual qanunvericiliyə uyğun olaraq vəkilin iştirakı ilə dindirildikdən
sonra saat 21 radələrində onun halı qəfil pisləşdiyi üçün təcili tibbi yardım
çağırılıb və həkim müşayiəti ilə xəstəxanaya yerləşdirilib. O, bütün tibbi
müdaxilələrə baxmayaraq ürək tutmasından vəfat edib.

Araşdırma aparılır.

Source link