Kürdəmirdə elektrik cərəyanı ilə balıq ovlayanlar saxlanılıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kürdəmirdə elektrik cərəyanı ilə balıq ovlayan Saatlı rayon sakinləri
saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən
məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlər zamanı rayonun Ərəbqubalı kəndi ərazisindən keçən su kanalından
elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovlayan Saatlı rayon
sakinləri S.Məmmədov, N.İsgəndərov, İ.Miriyev və N.İmanov saxlanılıblar.
Həmin şəxslərdən ov zamanı istifadə etdikləri elektrik cihazları, eləcə də
ovladıqları müxtəlif növ balıqlar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.