4757064c-6d50-4441-9f65-33ef8ffceabb..jpg

Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar – FOTO

Baxış sayı: 461 dəfə baxılıb.

Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər
saxlanılıblar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən
tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin
qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Babaşov, Saleh Salahov, Elşad
Quliyev və Elxan Mahmudov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən
məlumata, həmin şəxslərdən ümumi çəkisi 1 kiloqrama yaxın heroin, metamfetamin
və marixuana aşkarlanıb.

Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işləri başlanılıb, saxlanılanların hər
biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Source link