94b832f9-43e2-4235-9713-df9088f799b1..jpg

Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan dörd nəfər saxlanılıb

Baxış sayı: 977 dəfə baxılıb.

Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan dörd nəfər saxlanılıb

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat
tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə
məşğul olan dörd nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Cixisyolu.com-a verilən məlumata
görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakinləri Rövşən Məmmədov
və Mansur Mikayılov saxlanılıblar.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onların hər birindən narkotik
vasitə olan heroin aşkar edilib.

Dindirilmə zamanı R.Məmmədov narkotik maddəni tanışı Ayaz adlı şəxsdən,
M.Mikayılov isə Ramil adlı şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini, əvvəllər məhkum olunmuş
Ayaz Qəribov saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxs də izahatında
satış üçün əldə etdiyi narkotik maddəni tanışı Ramildən aldığını etiraf edib.

Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə A.Qəribov
və M.Mikayılova narkotik vasitələri satan Kürdəmir rayon sakini, əvvəllər
məhkum olunmuş Ramil Məmmədov da saxlanılıb. İlkin dindirilmə zamanı həmin şəxs
rayon ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi
açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

Source link