Kürdəmirdə qıza görə adam öldürən məhkuma yenidən cinayət işi açıldı

Kürdəmirdə qıza görə adam öldürən məhkuma yenidən cinayət işi açıldı

Baxış sayı: 3. 981 dəfə baxılıb.

Kürdəmirdə qıza görə adam öldürən məhkuma yenidən cinayət işi açıldı

Adam öldürməkdə təqsirləndirilərək həbs olunan Məlikov Nurani Ağaxan oğlu barəsində yenidən cinayət işi başlanıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, buna səbəb N. Məlikovun saxlandığı cəzaçəkmə müəssisəsində qaydaları pozması olub. Ona qarşı Cinayət Məcəlləsinin 317-2.1 (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham irəli sürülüb. 

Qeyd edək ki, qətl hadisəsi 2015-ci ilin yanvarında Kürdəmir rayonunda baş verib. Pirili kəndində 1985-ci il təvəllüdlü Elnur Zeynalov ağır bıçaq xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq, E. Zeynalovun həyatını xilas etmək mümkün olmayıb. Qətl hadisəsini törədən 1995-ci il təvəllüdlü Nurani Məlikov polis tərəfindən saxlanılıb.

Məlumata görə, hadisə qız üstündə baş verib. Qızın qohumu E. Zeynalov N. Məlikovun qohumu olan qıza mesaj yazıb. Bundan qəzəblənən Məlikov Zeynalovu qətlə yetirib