Kürdəmirdə Türkiyə vətəndaşının idarə etdiyi avtomobil piyadanı vuraraq öldürüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kürdəmir rayonunda Türkiyə vətəndaşının idarə etdiyi avtomobil piyadanı
vuraraq öldürüb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli
yolunun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Nuray Kırcı “KİA Optima” markalı nəqliyyat
vasitəsi ilə İmişli istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış
“Mitsubishi” markalı avtomobilə minmək istəyən Ağcabədi rayon sakini 1972-ci il
təvəllüdlü Natavan Eldar qızı Abdullayevanı vurub.
Hadisə zamanı zərbənin təsirindən bir neçə metr aralıya düşən piyada elə
hadisə yerindəcə dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi
Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə
yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.