Kürdəmirdə yaş yarımlıq körpə su maşınının altında qalaraq ölüb
Kürdəmirdə yaş yarımlıq körpə su maşınının altında qalaraq ölüb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Yenikənd
kəndində qeydə alınıb.
Belə ki, həyətyanı sahəyə içməli su gətirən QAZ-53 markalı su maşınının
sürücüsü Sahib Sabir oğlu İsgəndərov avtomobili geriyə verərkən ehtiyatsızllq
edib və 2022-ci il təvəllüdlü Uğur Semral oğlu Bəkirovun üzərindən keçib.
Azyaşlı elə hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunması
üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.