6fbdc3f9-5466-4b7c-a121-1ac5022c93c5..jpg

Kürdəmirdə yolu keçən kişini avtomobil vuraraq öldürüb – FOTO

Baxış sayı: 478 dəfə baxılıb.

Kürdəmirdə yolu keçən kişini avtomobil vuraraq öldürüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Şıxımlı
kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü, 1957-ci il təvəllüdlü Nizami
Əlisahib oğlu Novruzov həmin yolda hərəkətdə olarkən yolu keçmək istəyən
Şahsevən kənd sakini Mübariz Tofiq oğlu Həşimovu vurub.

Zərbənin təsirindən piyada aldığı xəsarətdən elə hadisə yerindəcə dünyasını
dəyişib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

Source link