85c8927f-4e46-4b7f-9789-05c17822cb77..jpg

Kürdəmirdə zəncirvari qəza: Ölən və yaralananlar var – FOTO/VİDEO

Baxış sayı: 407 dəfə baxılıb.

Kürdəmirdə zəncirvari qəza: Ölən və yaralananlar var – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Sor-Sor kəndində “Mercedes”
markalı iki avtomobillə “Ford” markalı yük maşını toqquşub. Nəticədə,
“Mersedes”lərdən birinin sürücüsü, İmişli rayon Telişli kənd sakini, 70 yaşlı
Əliəşrəf Rüstəm oğlu Mövsümov hadisə yerindəcə dünyasını dəyişib, onun
sərnişini, 58 yaşlı Arifə İsa qızı Manafova ağır xəsarətlər alıb.

Qəza zamanı həmçinin digər “Mercedes”də olan sərnişin, Ağcabədi rayon sakini,
66 yaşlı Anya Qaraxan qızı Tağıyeva da ağır xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi
Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link