Kürdəxanıda qəza oldu, bir ailə xəstəxanaya düşdü

Kürdəxanıda qəza oldu, bir ailə xəstəxanaya düşdü

Baxış sayı: 2. 900 dəfə baxılıb.

Kürdəxanıda qəza oldu, bir ailə xəstəxanaya düşdü

Bakının Sabunçu rayonunda 2 avtomobilin toqquşması zamanı 2 nəfər yaralanıb.

ÇıxışYolu.Com xəbər verir ki, hadisə Kürdəxanı dairəsində baş verib. “VAZ 21012” markalı minik avtomobili hərəkətdə olarkən “Volkswagen Passat” markalı minik maşını ilə toqquşub.

Qəza nəticəsində “VAZ 21012”-in sürücüsü İlqar və onun həyat yoldaşı Səbinə adlı xanım xəsarət alıb.

Yaralılar dərhal 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Sürücüyə kəllə-beyin travması, biləyin əzilməsi, avtomobilin ön şüşəsinə çırpılaraq xəsarət alan Səbinə adlı xanıma isə alın nahiyəsinin əzilmiş-kəsilmiş yarası diaqnozu qoyulub. 

İlkin məlumata görə, “Volkswagen”-in sürücüsü geriyə dönmə əməliyyatını düzgün yerinə yetirmədiyindən qəza baş verib.

Faktla bağlı araşdırma aparılır. 

Kamil Əmirli, Elşad Mətləboğlu