9e3748d9-428a-4d38-91a0-7c18cc747b43..jpg

Kursantlarla praktiki məşğələlər keçirilib – VİDEO

Baxış sayı: 620 dəfə baxılıb.

Kursantlarla praktiki məşğələlər keçirilib – VİDEO

2023-cü ilin tədris planı və proqramına uyğun olaraq Heydər Əliyev adına Hərbi
İnstitutun kursantları ilə praktiki məşğələlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə kursantlar simulyasiya trenajorunda dəqiq nişanalma qaydalarını məşq
ediblər.

Atəş şəhərciyində təhlükəsizlik qaydaları və atışın şərtləri çatdırıldıqdan
sonra müxtəlif normativlər icra olunub.

Hərbi institutun kursantları silahların döyüşə hazır vəziyyətə gətirilməsi və
şərti düşmən hədəflərinin aşkarlanaraq atəşlə məhv edilməsi üzrə tapşırıqları
müvəffəqiyyətlə yerinə yetiriblər.

Məşğələlərin keçirilməsində əsas diqqət kursantların silahlardan istifadə
bacarıqlarının artırılmasına, eləcə də praktiki və döyüş vərdişlərinin
təkmilləşdirilməsinə yönəldilib.


Source link