“Kurtlar vadisi”nin aktyoru infarkt keçirdi: Vəziyyəti ağırdır – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin məşhur “Kurtlar vadisi” serialında Cerrahpaşalı Hüseyn obrazını
canlandıran Engin Duru infarkt keçirib.
Bu barədə ölüm və xəstəlik xəbərlərinə görə “Fəlakət tellalı” ləqəbi ilə
məşhurlaşan vokal sənətçisi və şou-biznes müxbiri Onur Akay məlumat verib.
Onur Akay Engin Durunun həyat mübarizəsi verdiyini bildirib.
“İnfarkt keçirən Engin Duru xəstəxanaya yerləşdirilib. 60 yaşlı oyunçumuz
təəssüf ki, intubasiya olunub və həyat uğrunda mübarizə aparır. Ona tez bir
zamanda şəfa diləyirəm və sizdə də dualarınızı əsirgəməməyi xahiş edirəm”, –
deyə o vurğulayıb.
Engin Duru 1963-cü ildə Eskişehirdə anadan olub. “Kaygısızlar” və “Karışık
pizza” kimi layihələrdə rol alıb. Həmçinin son illərdə karyerasını “Kurtlar
vadisi”, “Türkler çıldırmış olmalı” və “Abuzer Kadayıf” filmləri ilə davam
etdirib.
Mənbə: Haber Global