9da2be96-fe16-4cb5-8706-44565c82f834..jpg

“Kürü keçək?!” açıq suda üzmə yarışının mükafatlandırma mərasimi keçirilib – FOTO

Baxış sayı: 473 dəfə baxılıb.

“Kürü keçək?!” açıq suda üzmə yarışının mükafatlandırma mərasimi keçirilib –
FOTO

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər
Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutan “Kürü keçək?!”
açıq suda üzmə yarışının mükafatlandırma mərasimi keçirilib.

“Report”un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, Kür sahilində
reallaşan yarışın ardından qaliblər mükafatlarını alıblar.

Onlara medalları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük
Federasiyasının prezidenti Xanlar Fətiyev, Mingəçevirin icra başçısı İlham
İsmayılov və digər rəsmilər təqdim ediblər.

Qeyd edək ki, Kür çayının iki sahili arasında, 300 metr məsafədə təşkil edilən
yarışda Azərbaycanın bütün rayon və şəhərlərindən üzməyi bacaran 300-dək
iştirakçı mübarizə aparıb.

Source link