Küveyt dövlətinin vəliəhdi İlham Əliyevi təbrik edib

Küveyt dövlətinin vəliəhdi İlham Əliyevi təbrik edib

Baxış sayı: 2. 476 dəfə baxılıb.

Küveyt dövlətinin vəliəhdi Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabah İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

ÇıxışYolu.Com xəbər verir ki, təbrikdə deyilir:

“Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizə ən xoş təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Yeni prezidentlik dönəminizdə də dost Azərbaycan xalqı üçün xeyir-bərəkət və inkişaf naminə həyata keçirəcəyiniz işlərdə Sizə davamlı uğurlar diləyirəm.”

www.ÇıxışYolu.Com