Küveytdə kütləvi zəhərlənmə: 287 nəfər xəstəxanalıq olub

Baxış sayı: 2. 168 dəfə baxılıb.

Küveytdə kütləvi zəhərlənmə: 287 nəfər xəstəxanalıq olub

Küveytin paytaxtında yerləşən restoranlardan birində 287 nəfər qidadan zəhərlənməyə görə xəstəxanaya yerləşdirilib.

ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə əmirliyin Səhiyyə Nazirliyinin nümayəndəsi Mustafa Rida bildirib:

“Hazırda Hola rayonundakı restoranlardan birində pis bişmiş qidadan zəhərlənməyə görə xəstəxanaya çatdırılanların sayı 287 nəfərə çatıb. Onlardan 80%-inə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 53 nəfər isə hələ də xəstəxanadadır”.

İaşə obyektlərinə nəzarət edən idarə araşdırmalara başlayıb.

Zəhərlənmə baş verən restoran bağlanıb, sahibinə qarşı cinayət işi açılıb.

www.ÇıxışYolu.Com