“Kvartal-95” studiyası oktyabrın 24-də Bakıda ilk dəfə olaraq konsert verəcək.
Media.Az bu gün “Kvartal-95”in ən məşhur aktyorlarından olan Yevgeni Koşyevlə söhbət edib.
Yevgeni Koşyev studiya yaranandan bəri – artıq 15 ildir ki, Ukraynanın hazırkı prezidenti Vladimir Zelenski ilə dostluq edir. Zelenski inauqurasiya vaxtı Koşyevi qonaqlar arasında görüb və onun başından öpüb. Bu kadrlar bütün dünyada yayıldı və Media.Az-ın jurnalistləri də burada iştirak edib.
Y.Koşyev bundan əvvəl “Kvartal-95”lə birlikdə Qəbələdə olduğunu, Bakıya isə ilk səfərini edəcəyini deyib.
Aktyorun sözlərinə görə, oktyabrın 15-də Kiyevdə konsert keçirəcəklər və seçdikləri bəzi səhnələri Bakıdakı tamaşaçılar ilk dəfə görəcəklər. O əlavə edib ki, bu, həm Kiyev, həm də Bakı üçün premyera olacaq. Yevgeni Koşyev Bakını heyran etməyə çalışacaqlarını deyib.
O, Vladimir Zelenskinin yoxluğunu hiss etdiklərini bildirib. O qeyd edib ki, V.Zelenskisiz kollektivə çox ağırdır:
“Yeri gəlmişkən, tez-tez prezidentlə görüşürük. Əlaqələri dəstəkləyirik. Biz Zelenskinin başladığı səviyyədə davam etdirməliyik. Bu, böyük əmək tələb edir”.
O, Ukraynada mer vəzifəsinə namizədliyi ilə bağlı yayılan informasiyaların yalan olduğunu əlavə edib.