c1bdf0ed-902f-4940-9185-4ed78026ff6c..jpg

KVN-də Zelenski ilə əməkdaşlıq edən Sergey Sivoxo vəfat edib – FOTO

Baxış sayı: 497 dəfə baxılıb.

KVN-də Zelenski ilə əməkdaşlıq edən Sergey Sivoxo vəfat edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın KVN (Şən və Hazırcavablar Klubu) komandasının keçmiş iştirakçısı
Sergey Sivoxo 54 yaşında vəfat edib.

Bu barədə Sivoxoya yaxın mənbədən bildirilib.

Məlumata görə, onun ölümünün səbəbi ağciyərlərin xroniki xəstəliyi olub.

Sivoxo Almaniyada dünyasını dəyişib.

Qeyd edək ki, Rusiyanın İctimai Palatasının üzvü Anna Revyakina oktyabrın
16-da axşam saatlarında Sivoxonun ölümünü elan edib. Daha sonra o,
teleaparıcının sağ olduğunu, lakin çox güman ki, həyat dəstəyi sistemindən
ayrılacağını yazıb.

Qeyd edək ki, Sivoxo Ukrayna Prezidenti Volodimir Zelenski ilə “Kvartal 95”
studiyasında işləyib, sonra isə siyasətə yönəlib və Ukrayna Təhlükəsizlik
Şurası rəhbərinin müşaviri olub.

Mənbə: Meduza

Source link