Şimali Koreya Trampla Kim Çen Inın tarixi görüşü ərəfəsində üç amerikalı məhbusu azadlığa buraxıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Rəsmi Pxenyan bu qərarın Vaşinqtona edilmiş xoşməramlı jest olduğunu bildirib.
Kim Hak-sun, Tony Kim və Kim Dun-Çul Şimali Koreyaya qarşı təbliğat və dövlət əleyhinə fəaliyyətə görə həbs olunmuşdu. Onlar cəzalarını ağır şəraitli islah düşərgələrində keçirirdi.
Azad edilən məhbusların hazırda Pxenyanda olan ABŞ dövlət katibi Mayk Pompeo ilə vətənə geri dönəcəkləri bildirilir. Məlumata görə, onları şəxsən ABŞ prezidenti Donald Tramp aeroportda qarşılayacaq.