Ləğv prosesində olan bankların əmlakı hərraca çıxarılır

Ləğv prosesində olan bankların əmlakı hərraca çıxarılır

Baxış sayı: 2. 843 dəfə baxılıb.

Əmanətlərin Sığortalanması Fondu Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank”, “Zaminbank”, “Royalbank” və “Bank of Azərbaycan” ASC-lərin balansında olan daşınar və daşınmaz əmlaklarını 63 lot üzrə satışa çıxarır.

Bu barədə ÇıxışYolu.Com-a Fonddan məlumat verilib.

“23 lot üzrə əmlak birinci dəfə hərraca çıxarılır, 16 lot üzrə – ikinci dəfə, 14 lot üzrə – üçüncü dəfə, 10 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, hərraclar 11 iyun, 25 iyun və 2 iyul 2018-ci il tarixlərində keçiriləcək.

www.ÇıxışYolu.Com