9015f433-b933-4957-a063-b84a5a61ebb9..jpg

Lənkəran sakini qardaşını bıçaqlayıb

Baxış sayı: 441 dəfə baxılıb.

Lənkəran sakini qardaşını bıçaqlayıb

Lənkəran rayonunda qardaş-qardaşı bıçaqlayıb.

“Report”un cənub bürosunun məlumatına görə hadisə şəhər ərazisində baş verib.

Belə ki, qardaşı tərəfindən bıçaqlanan Lənkəran rayonu Şilavar kənd sakini,
1993-cü il təvəllüdlü Aqil Əlihəsən oğlu Əlizadə ətrafdakıların köməyi ilə
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya döş qəfəsinin
kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Dərhal əməliyyat olunub. Aparılan
araşdırmaılar nəticəsində hadisənin ailə münaqişəsi zəminində Lənkəran rayon
Şilavar kənd sakini, zərərçəkənin qardaşı Amil Əliyev tərəfindən törədildiyi
müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Source link