1494f28c-d85f-4390-8333-15eaeff1c1a7..jpg

Lənkəran sakini Qubada narkotiklə saxlanıldı – VİDEO

Baxış sayı: 933 dəfə baxılıb.

Lənkəran sakini Qubada narkotiklə saxlanıldı – VİDEO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,
keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin
istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Lənkəran
rayon sakini Faiq Hüseynov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən
zaman narkotik vasitə olan heroin, metadon və psixotrop maddə olan metamfetamin
aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin
şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.


Source link