Lənkəranda elektrik yarımstansiyasında yanğın olub, 1 kənd və 1 qəsəbə işıqsız qalıb.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi məlumata görə, yanğın rayonun Xanbulan kəndində yerləşən “Azərişıq” ASC-yə məxsus yarımstansiyanın həyətində baş verib.
Yanğına səbəb 35 kV-luq Daşdatük-Xanbulan elektrik verilişi xəttinin qırılaraq 2 ədəd gücü 10 kV olan paylayıcı qurğuların yağ açarlarının üzərinə düşməsi olub. Yanğın baş verən əraziyə dərhal Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən briqadası. Yanğın tamamilə söndürülüb.
Nəticədə Lənkəran rayonunun Daşdadük kəndində və Hirkan qəsəbəsində ümumilikdə 300 abonentə elektrik enerjisinin verilişi dayandırılıb.
Aldığımız son məlumata görə, hazırda Cənub RTŞ Lənkəran Şəbəkəsinin Təmir İstismar Şöbəsinin 3 briqadası çalışır.