c7b1cb91-fb4a-4e62-9a37-520b98c03598..jpg

Lənkəranda 11 yaşlı qızı zorlayan şəxsə 17 il həbs verildi

Baxış sayı: 699 dəfə baxılıb.

Lənkəranda 11 yaşlı qızı zorlayan şəxsə 17 il həbs verildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü ildə Lənkəran rayonunun kəndlərindən birində 11 yaşlı qıza təcavüz
etmiş Lənkəran şəhər sakini, 1979-cu il təvəllüdlü Ceyhun Liftiyevə hökm oxunub.

Publika.az xəbər verir ki, C.Liftiyev Cinayət Məcəlləsinin 150.3.3-cü (14
yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə
təqsirli bilinib.

Məhkəmədə bildirilib ki, Ceyhun Liftiyev Lənkəranla Bakı arasında özünə məxsus
“Mercedes-Benz” markalı avtomobillə taksi fəaliyyəti göstərib və ailəlidir, üç
uşaq atası olub.

Onun təcavüz etdiyi 11 yaşlı qız isə Ceyhunun arvadının əmisi nəvəsi olub və
hadisə vaxtı beşinci sinifdə oxuyurmuş.

Ceyhun həmin kəndə qohumuna çatacaq bağlamanı apararkən azyaşlı qızın evdə tək
olmasını bilib və mənzilə daxil olaraq sərxoş halda ona qarşı seksual
xarakterli zorakılıq hərəkətləri edib. Axşam saatlarında 11 yaşlı qız başına
gələnləri qonşuluqda yaşayan qohumuna və nənəsinə deyib və polisə məlumat
verilib. Az sonra Ceyhun Liftiyev saxlanılıb və barəsində cinayət işi açılıb.

Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli hökmü il Ceyhun
Liftiyev 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə
onun cəzasını ciddi rejimli müəssisədə çəkməsi də qeyd edilib.

Source link