Lənkəran rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub.
Hadisə rayonun Nərimanabad qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakinləri 1987-ci il təvəllüdlü Amid Mirələm oğlu Əsgərov və onun həyat yoldaşı 1988-ci il təvəllüdlü Gülnar Tahir qızı Əsgərova dəm qazından zəhərləniblər.
Dərhal təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan ər və arvada ilkin tibbi yardım göstərilib.
Xəstəxanadan aldığımız məlumata görə, onların vəziyyətləri qənaətbəxşdir və ambulator müalicəyə buraxılıblar.