Lənkəranda 20 yaşlı qız bıçaqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə Lənkəran rayonunun Təngivan kəndində
qeydə alınıb.
2007-ci il təvəllüdlü Valeh Asif oğlu Əliyev bibisi qızı 2003-cü il təvəllüdlü
Sevgi Etibar qızı Əzimovanı bıçaqlayıb.
Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər ona qarın divarının yarası diaqnozu qoyub və ilkin tibbi yardım
göstəriblər. Sevgi Əzimova cərrahiyyə şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, yaxın qohumlar bir həyətdə yaşayırlar. Hadisənin hansı zəmində
baş verdiyi araşdırılır.
Faktla bağlı araşdırma davam etdirilir.