2a2bc551-9564-4a77-be98-7891e0b64ed9.jpg

Lənkəranda 24 yaşlı şəxs qətlə yetirildi

Baxış sayı: 34 dəfə baxılıb.

Lənkəranda gənc oğlan öldürülüb, saxlanılan var.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 17-si, saat 22:00 radələrində Lənkəran şəhəri
ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər
yetirilməsi və onun yerləşdirildiyi tibb müəssisəsində vəfat etməsi barədə
polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə
şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən edilərək
saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link