window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Lənkəran şəhəri M.Əsədov küçəsi, dalan 1, ev 2-də yaşayan 1986-cı il təvəllüdlü Nurlan Nurəli oğlu Qurbanov sol döş nahiyəsində, sol qabırğanın alt hissəsində daxilə nüfuz edən kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına daxil olub. Yaralı dərhal əməliyyata alınıb.
Hadisənin detalları hələlik məlum deyil. Polis əməkdaşları yaralını xəstəxanaya gətirən şəxsin izahatını alıblar. Hələlik kimliyi açıqlanmayan şəxsin N.Qurbanovu şəxsi münaqişə zəminində vurduğu söylənilir. Hadisəylə bağlı hələ heç kim saxlanılmayıb.
Fakt üzrə araşdırma aparılır.