Lənkəranda 49 yaşlı kişi qətlə yetirilib, saxlanılan var – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Lənkəranda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə Lənkəran Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, rayon sakini, 1974-cü il təvəllüdlü Zülfüqar Cəfərovun
kəsilmiş-deşilmiş bədən xəsarətlərindən ölməsi barədə rayon prokurorluğuna
məlumat daxil olub.
Araşdırmalarla 1983-cü il təvəllüdlü Bəhruz Məmmədovun Lənkəran rayonunun
Separadi kəndi ərazisində aralarında yaranmış mühasizə zamanı kəsici-deşici
alətlə Zülfüqar Cəfərova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı
şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsilə cinayət işi başlanıb, Bəhruz Məmmədov iş üzrə şübhəli şəxs
qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
19:02
Dekabrın 21-də saat 17 radələrində Lənkəran rayon sakini, 1974-cü il
təvəllüdlü Zülfüqar Əziz oğlu Cəfərovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi
barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,
cinayət əməlini törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, 1983-cü il
təvəllüdlü Bəhruz Ağababa oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.