c9074ab1-86b0-4d33-81ec-19059f4d55fa..jpg

Lənkəranda 63 ədəd çöl quşu ovlayan şəxslər saxlanıldılar – FOTO

Baxış sayı: 942 dəfə baxılıb.

Lənkəranda 63 ədəd çöl quşu ovlayan şəxslər saxlanıldılar – FOTO

Lənkəranda qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən
məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz
ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının
alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun
Nərimanabad qəsəbəsi ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz olaraq
ov edən İ.İmanov və N.İmaməliyev saxlanılıblar.

Onlardan 2 ədəd ov tüfəngi, digər ov alətləri və qanunsuz olaraq ovladıqları
63 ədəd çöl quşu aşkarlanıb.

Faktlarla bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü
(Ov qaydalarının kobud şəkildə pozulması) və 590.1-ci (Mülki silahın və ya
döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının
pozulması) maddələri ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon
Məhkəməsinə göndərilib.

Source link