Dünən axşam saatlarında Lənkəranda maşınların ötüşməsi qəza ilə nəticələnib.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin xəbərinə görə, hadisə rayonun Göyşaban kəndində baş verib.
Belə ki, rayonun Boladi kənd sakini, 24 yaşlı Kahin Axundzadənin idarə etdiyi “VAZ 2106” markalı avtomobil başqa bir maşınla ötüşərkən Göyşaban dairəsindəki beton maneəyə çırpılıb.
Nəticədə, sürücü ilə birgə həmkəndliləri – 21 yaşlı Fərid Əlizadə və 23 yaşlı İlkin İsmayılzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım maşınları vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin İsmayılzadə və Kahin Axunzadə reanimasiya, Fərid Əlizadə isə travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.