Lənkəranda ana və azyaşlı oğlu itkin düşüb.
Lənkəran rayon Polis Şöbəsindən ÇıxışYolu.Com-a verilən məlumata görə, iyulun 20-də Nüşabə Dövlətova azyaşlı oğlu Elbrus Xalıqovla birgə evdən çıxıb, bir daha geri qayıtmadığını bildirib.
Biləsər kənd sakini Səttar Xalıqov Lənkəran rayon Polis Şöbəsinə müraciət edərək, həyat yoldaşının və oğlunun itkin düşməsi barədə məlumat verib.
Məsələ barədə araşdırma aparılır.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com