4d2916b3-fb75-4953-b446-2fa875c0758a..jpg

Lənkəranda avtomobil 18 yaşlı qızı vurub

Baxış sayı: 616 dəfə baxılıb.

Lənkəranda avtomobil 18 yaşlı qızı vurub

Lənkəranda minik avtomobili 18 yaşlı qızı vurub.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Həzi Aslanov
xiyabanında baş verib. Nəqliyyat vasitəsi yolu əks tərəfə keçmək istəyən
Lənkəran rayonunun Şıxakəran kənd sakini 2005 – ci il təvəllüdlü Fatimə Kəramət
qızı Quluzadəni vurub. Yaralı dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına
çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona qapalı
kəllə-beyin travması və dəqiqləşdirilməmiş koma diaqnozu qoyublar.

Faktla bağlı araşdırma aparılır.

Source link