da7389c2-70b2-46dd-88bc-4d9326097818..jpg

Lənkəranda avtomobilin yük yerindən külli miqdarda narkotik aşkarlanıb – FOTO

Baxış sayı: 1. 218 dəfə baxılıb.

Lənkəranda avtomobilin yük yerindən külli miqdarda narkotik aşkarlanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran sakinlərindən altı kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu
məlumat verib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi
bölməsinin əməkdaşları rayonun Balıqçılar qəsəbəsi ərazisində xidmətdə olarkən
BMW markalı avtomobilin sürət həddini aşması, sürücü Mirsaleh Əbülfətzadə və
sərnişin Zamiq Rzayevin şübhəli hərəkətlər etməsi səbəbindən həmin nəqliyyat
vasitəsi saxlanılıb. Keçirilən baxış zamanı avtomobilin yük yerindən beş
kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı məlum
olub ki, həmin şəxslər sözügedən narkotik vasitəni şəxsiyyəti istintaqla
araşdırılan İran vətəndaşı vasitəsilə satışının təşkil olunmasından ötrü əldə
ediblər.

Şöbə əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
keçirdikləri digər əməliyyatla isə əvvəllər məhkum olunmuş Lənkəran rayon
sakini Sehran Nəzərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 500
qram marixuana aşkarlanaraq götürülüb. Hər üç şəxs barəsində məhkəmənin qərarı
ilə həbs qətimkan tədbiri seçilib.

Ümumilikdə isə son 10 gün ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı 16
nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Source link