0979d758-72fd-42ed-855c-e6d75915f675..jpg

Lənkəranda ƏMƏLİYYAT: 22 kiloqram narkotik aşkar olunub

Baxış sayı: 516 dəfə baxılıb.

Lənkəranda ƏMƏLİYYAT: 22 kiloqram narkotik aşkar olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerlikdə şübhəli bilinən
şəxsdən 22 kiloqram marixuana aşkar olunub.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat
verilib.

Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının
narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə ötən
gün keçirdiyi əməliyyat nəticəsində Qafarzadə Rövşən Sakit oğlu Ələt-Astara
avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində saxlanılıb.

“Onun üzərindən 22 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən
marixuana və 1 240 ədəd metadon həbi aşkarlanıb. R.Qafarzadə narkotikləri
sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Vəlixan” adlı şəxsin göstərişi
ilə Lənkəran rayonu ərazisindən əldə etdiyini bildirib. O, həmin narkotik
maddələri götürüb deyiləcək yerə qoyaraq bu narkokuryerliyinin müqabilində 3
000 manat əldə edəcəkmiş”, – məlumatda bildirilib.

Source link