Lənkəranda evdə partlayış olub

Lənkəranda evdə partlayış olub

Baxış sayı: 3. 566 dəfə baxılıb.

Lənkəranda fərdi yaşayış evində partlayış olub.

ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xolmili kəndində, evin hamamında baş verib. Kənd sakini, 1967-ci il təvəllüdlü Sübhan Baloğlan oğlu Bağırov hamamda su isitmək üçün qazı yandırarkən partlayış olub.

Nəticədə S. Bağırov ağır yanıq xəsarətləri alıb.

S. Bağırov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İkinci dərəcəli yanıq diaqnozu qoyulan yaralının vəziyyəti ağır qiymətləndirilir. Onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com