Lənkəranda İdman Kompleksinin tikintisinə 12 milyon manat ayrılıb

Lənkəranda İdman Kompleksinin tikintisinə 12 milyon manat ayrılıb

Baxış sayı: 4. 349 dəfə baxılıb.

Prezident İlham Əliyev Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

ÇıxışYolu.Com xəbər verir ki, Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.9.11-ci yarımbəndində göstərilmiş məbləğin 12 milyon manatı Gənclər və İdman Nazirliyinə ayrılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

www.ÇıxışYolu.Com