1481308c-e210-40ca-a14d-d51f0b502465..jpg

Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi

Baxış sayı: 521 dəfə baxılıb.

Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin
gözətçisi, 2000-ci il təvəllüdlü Mehdi Quluzadə həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, barəsində Cinayət Məcəlləsinin
152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılan
Mehdi bir neçə gün əvvəl həbs edilib.

Araşdırmalar zamanı məlum olub ki, Mehdi ötən il aylıq 409 manat əmək haqqı
ilə mühafizəçi vəzifəsinə işə qəbul edilib. Bundan sonrakı günlərdə o, Lənkəran
şəhəri ərazisində Masallı rayon sakini, yetkinlik yaşına çatmamış Aysu (şərti
adlı) ilə tanış olub. Masallıda yaşadığı evdən qaçan yeniyetmə qız Lənkəranda
Mehdi ilə tanış olub və aralarında münasibət yaranıb. Bundan sonra Mehdi həmin
qızı kollecin arxa qapısından içəri keçirib və bir müddət burada saxlayıb. O,
bu vaxt ərzində yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olub.

İtkin düşmüş qız barədə hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan
sonra onun kollecin gözətçisi ilə münasibəti üzə çıxıb və kollecə aid tikilidə
gecələməsi müəyyənləşib.

Faktla bağlı cinayət işi açılıb və aprelin 16-da Lənkəran Rayon Məhkəməsinin
çıxardığı hökmlə Mehdi Quluzadə 1 il 9 ay müddətinə həbs cəzasına məhkum edilib.

O, məhkəmə zalındaca həbs edilib.

Source link